Rəqəmsal Marketinq üzrə Aparıcı/Baş mütəxəssis

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 11.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyalarının yaradılması və düzgün hədəf auditoriyalara çatdırılması;
  • Google Analytics, Tag Manager, Yandex Metrica və digər analitik vasitələrlə iş;
  • A/B testlərin edilməsi və nəticələrin analizi;
  • Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi;
  • Onlayn kart, kredit və digər məhsulların satışının rəqəmsal reklamlar vasitəsilə artırılması;
  • Rəqiblərin analizinin aparılması və təhlili;
  • Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması;
  • Bankın saytının admin-panelində tələb olunan dəyişiklikləri etmək;
  • Ən son istehlakçı və marketinq tendensiyalarından və texnologiyadakı inkişaflardan xəbərdar olmaq və tətbiq etmək; 
  • Veb sayt və mobil tətbiqlərin statistik və müştəri təcrübəsi göstəricilərinin daim yüksək səviyyədə saxlanılmasını və təkmilləşdirilməsini təmin etmək;

Namizədə tələblər:

  • Ali təhsilin olması (Biznes, Marketinq, İqtisadiyyat);
  • Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi; 
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili arzuolunandır;
  • Marketinq və reklam kampaniyalarının yaradılmasında iş təcrübəsi; 
  • Təşəbbüskarlıq, yaradıcılıq və innovasiyalara meyllilik; 
  • Öyrənməyə və şəxsi inkişafa meyllilik; 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27.10.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Aparıcı/Baş mütəxəssis” göstərməyiniz xahiş olunur. 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi