Reception (Qeydiyyatçı)

  • Pizza Mizza
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Tam orta təhsil (ali təhsil arzuolunandır) 
  • Müvafiq sahədə minimum 1 il təcrübə arzuolunandır
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili, rus dili isə arzuolunandır 
  • Yaş 20-35
  • Ofis proqramlarının biliyi
  • Komandada işləmək bacarığı
  • Punktual, məsuliyyətli, detallara diqqətli

Vəzifələr:

  • Rəhbərlik tərəfindən verilmiş xidməti tapşırıqların icra olunması, məktubların, sorğuların və s. sənədlərin tərtib edilməsi və müvafiq ünvanlara göndərilməsi.
  • Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə rəhbərliyin vaxtlı-vaxtında məlumatlandırılması.
  • Gələn qonaqların qarşılanması və onları qəbul edəcək şəxsləri bu barədə məlumatlandırmaq.
  • Qonaqların müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına ötürülməsi. 
  • Tələb olunduğu halda, sənədlərin surətlərinin çıxarılması, arxivlənməsi, tikilməsi və s. kimi işlərdə işçi heyətə yardım etmək.
  • “Finger” qeydiyyat (barmaq izi), barmaq izi işləmədikdə işçinin kartla təmin olunması.
  • Həftəlik iclas blanklarının dəyişdirilməsi.

İş şəraiti:

  • 6 günlük iş rejimi
  • Əmək haqqı 400 azn və nahar pulu

Maraqlananlar CV-lərini “Reception (Qeydiyyat)” başlığı altında göndərə bilərlər.