Baş Aqronom

  • Company
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
  • Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisini azaltmaq;
  • Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uyğun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
  • Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
  • Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
  • Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
  • Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
  • Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
  • Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;

Tələblər :

  • 30-45 yaş həddi
  • Aqronomluq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
  • Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı
  • MS Excel proqram biliyi;
  • 1 C  proqramı bilikləri üstünlükdür.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • Sürücülük vəsiqəsi olmalı
  • Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməməlidir

Təminatlar :

  •   İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aqronom”  yazaraq göndərilməsi xahiş olunur
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır