Həkim

İşin təsviri

Təsvir:

  • Tibb təcrübəsində tətbiq olunmasına icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə edərək öz ixtisası üzrə ixtisaslaşdırılmış tibbi yardım göstərir.
  • Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını təyin edir.
  • Xəstənin müayinə planını işləyib hazırlayır, minimal qısa müddət ərzində tam və dürüst diaqnostik məlumatın alınması məqsədi ilə pasiyentin müayinə həcmini və səmərəli üsulları dəqiqləşdirir.
  • Klinik müşahidələr və müayinələr, anamnezin toplanması, klinik-laboratoriya və instrumental müayinələr əsasında diaqnoz təyin (və ya təsdiq) edir.
  • Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq lazımi müalicəni təyin edir və nəzarət edir, lazımi diaqnostik,müalicə, reabilitasiya və profilaktik prosedurları və tədbirləri təşkil edir və ya müstəqil qaydada həyata keçirir.

Tələblər:

  • Profil üzrə ali təhsil
  • Profil üzrə 5 il təcrübə
  • Yaş həddi: 45 yaşadək
  • İlk tibbi yardım, cərrahiyyə, travmatologiya, kardiologiya sahələrində iş təcrübəsi olmalıdır.
  • Mc Office proqramlarında işləməyi bacarmalı.