Satış üzrə mütəxəssis

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil, 
  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili mütləq.
  • İş təcrübəsi: müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı. 
  • Səlis danışıq qabiliyyəti, Qrammatik yazı yazma bacarığı; 
  • Stresə davamlı, Punktual, məsuliyyətli, ünsiyyətcil, kreativ ideyalı, işində çevik və dəqiq olması.
  • Komandada işləmək, problem həll etmə, araşdırma (research), öyrənmə bacarıqları;
  • Reklam materiallarının istifadə qaydası üzrə biliklər;
  • Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
  • Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
  • Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
  • Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Hədəf auditoriyasının təhlili əsasında kommunikasiya planının hazırlanması;
  • Hesabatların hazırlanması, 

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00 

İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza 

Əmək haqqı: 1000-1200 AZN (+bonus) təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə mütəxəssis"  adını qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.