Planning Engineer

İşin təsviri

Namizədə olan tələblər: 

  • Mühəndislik sahəsi üzrə ali təhsil  
  • Planlaşdırma mühəndisi vəzifəsində, inşaat sektorunda ən azı 3 illik təcrübə;
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır; 
  • Layihə Planlama Proqramları üzrə biliklər; 
  • Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarığı; 
  • İşgüzar səfərlərə ezam olunmaq imkanı. 

Vəzifə öhdəlikləri:  

  • Layihələr üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);  
  • Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması; 
  • Planlama proqramı vasitəsi ilə iş həcmi və son tarixləri əhatə edən layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması; 
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək;  
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; 
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün əlaqədar mühəndislər ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;  
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;  
  • Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi 

İş şərtlərimiz:

  • Əmək haqqı: 1500-2500 AZN (Təcrübədən asılı olaraq)
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00

Note. 1.  Please, indicate position name (“Planning engineer” ) in the subject line of your mails