Vitamin bar meneceri

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 05.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Tam orta təhsilli olmalı;
  • Microsoft office bilikləri olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;

İş haqqında məlumatlar:

  • Vitamin barın idarə olunmasına, habelə gündəlik əməliyyatların aparılmasına və bütün qrupların bir-biri ilə əlaqəli işləməsinə cavabdehdir;
  • Qida və içkilərin, xərcləri və mənfəəti nəzərə alınaraq satışına nail olmaq;
  • Yemək və içki ilə bağlı bütün müraciətləri və sifarişləri idarə etmək və vaxtında icra olunmasını təmin etmək;
  • Büdcə və işçilərin iş vaxtı hesabatını aparmaq və ərzaq uçotu sənədlərinə nəzarət etmək;
  • Yeməklərin və içkilərin keyfiyyətini gündəlik yoxlamalı və cavabdeh olmalıdır;
  • Avadanlıq və qurğulardakı çatışmazlıqları aradan qaldırmaq;
  • Heyətin idarəedilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi;
  • Qonaq məmnuniyyətini təmin etmək;
  • Qonaqların şikayətlərinə cavab vermək, problemi həll etmək üçün müvafiq tədbirlər görmək;
  • Qonaqların sifarişlərinin vaxtında və keyfiyyətli şəkildə təqdim olunmasına nəzarət etmək;
  • Yeni işçilərin təlimatlandırılması və adaptasiyasına nəzarət etmək;
  • Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək;
  • Mövsümi menyuya dəyişikliklər, yeni məhsullar təklif etmək;
  • Fəaliyyət ərazisinə gündəlik baxış keçirmək, təmizlik səviyyəsinin, digər məlumatların yerində olmasından əmin olmaq;
  • İnzibati işlər, əmək qüvvəsi və əməliyyat məsrəfləri ilə bağlı məsələləri tənzimləmək;
  • Qonaqlara göstərilən xidmət standartlarının icrasına nəzarət etmək və gəlirləri artırmaq;
  • Hər yaşda olan qonaqlarla, rəhbərlik və digər işçilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Müstəqil və şəxsi təşəbbüsü ilə işləmək bacarığı;

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Vitamin bar meneceri” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi