Korporativ Hüquq Şöbəsinə Hüquq məsləhətçisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 05.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kreditlər və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Bank fəaliyyəti ilə əlaqədar müvafiq məhsullar üzrə müqavilələri, standart şərtli müqavilələri və digər müqavilələri hazırlamaq;
  • Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
  • Bankda təchizat və satınalma işinin təşkili ilə əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Bütün növ bank əməliyyatları ilə bağlı müvafiq struktur bölmələrdən daxil olan sorğuları cavablandırmaqla hüquqi dəstək göstərmək;
  • Azərbaycan Respublikasının Qanunvericiliyinin əsaslarını, bank fəaliyyətinə dair normativ hüquqi aktları bilmək;
  • Azərbaycan Respublikasının mülki, mülki prosessual, əmək, inzibati, vergi hüququnun  əsasları üzrə müəyyən biliklərə malik olmaq;

Namizədə olan tələblər:

  • Ali hüquq təhsili;
  • Korporativ hüquq sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
  • Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və  Rus dili biliyi üstünlük təşkil edir;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20.10.2023-cü il tarixinə qədər göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquq məsləhətçisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi