Dərzi

İşin təsviri

İşin təsviri:

  • Bütün yeni işə başlayan işçiləri mövcud uniforma ilə təmin edilməsi və uniforma qeydiyyatının aparılması;
  • Gündəlik olaraq işçi uniformalarının və yataq dəstlərinin təhvil verilməsi və qəbul edilməsi, eləcə də bütün sənədləşmənin müvafiq qaydada aparılmasının və yenilənməsinin təmin edilməsi;
  • Uniforma qeydiyyat bazasının mütəmadi olaraq yoxlanılması, yenilənməsi və nəzarətdə saxlanılmasının təmin edilməsi;
  • Tikişlə bağlı sorğuların yerinə yetirilməsi, o cümlədən qonaq paltarlarının, mehmanxana ağlarının və işçi uniformalının dəyişdirilməsi, ölçülməsi və bərpa edilməsi;
  • Otelin yataq dəstlərinə və işçilərin uniformalarına lazım gəldikcə düzəldişlər edilməsi vəonların işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Korlanmış və itmiş yataq dəstləri və uniformalara dair qeydlərin aparılması;
  • Tikiş maşını və digər avadanlıqların işlək vəziyyətdə olmasının təmin edilməsi və hər hansı təmir işlərinə dair tələbat yarandıqda, bu barədə şöbə rəhbərlərinə xəbər verilməsi;
  • Tikiş ehtiyatlarının qorunub saxlanılması və lazım gələrsə inventarizasiyada kömək edilməsi;
  • İş ərazisinin təmiz və qaydada olmasının təmin edilməsi.

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir);
  • Dərzi ixtisası üzrə peşə təhsili (arzu olunan);
  • Komandada işləmək və ünsiyyət qura bilmə bacarıqlarına sahib olmaq;
  • Dəyişkən iş rejimində işləmək qabiliyyət;
  • Gigiyena qaydalarına və qonaq məmmuniyyətinə hakim olmaq;
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili (arzu olunan), Rus dili (arzu olunan).

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Dərzi” qeyd edərək CV-lərini 30.10.2023-ci il tarixinədək göndərmələri xahiş olunur.

Baku Marriott Hotel Boulevard tərəfindən digər vakansiyalar