Elektrik (Sumqayıt)

  • Buta Group
  • Elanın qoyulma tarixi: 05.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Sumqayıt şəhəri, Pirəkəşkül kəndi, İstixana Kompleksi

İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Vəzifə öhdəlikləri:

  • Elektrik qurğularının, avadanlıqlarının, mexanizmlərinin texniki vəziyyətinin daim yoxlanılması, aşkar olunan xırda nasazlıqların operativ surətdə aradan qaldırılması;
  • İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsinin təmin edilməsi;
  • İstifadəsinə verilmiş inventara texniki xidmətin göstərilməsi;
  • Periodik plan əsasında texniki baxışların aparılması.

Bilməlidir:

  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilməli;
  • Elektrik sxemlərini oxumaq bacarığı;
  • Elektrik materialları və aksessuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Elektrik avadanlığında işləmək üçün elektrik buraxılış vəsiqəsi.

Təhsil və iş təcrübəsi:

  • Müvafiq sahədə təhsil;
  • Elektrik işləri sahəsində 3 il iş təcrübəsi;

Bacarıq və səriştələr:

  • İstixana avadanlıqları ilə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik.

Təminatlar:  

  • Nəqliyyatla təmin edilir.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi  göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Elektrik (Sumqayıt)” qeyd etməyi unutmayın.