Pediatr

İşin təsviri

İş rejimi: 08:30-17:30 (həftədə 40 saat)

Tələb olunan təhsil səviyyəsi:

  • Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsi məzunu.
  • Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika rezidentura təhsili üstünlük hesab edilir.

Tələb olunan bilik və bacarıqlar:

  • Əmək, ailə qanunvericiliyini, səhiyyə sahəsinə aid qanunvericilik aktlarını;
  • Pedaqogika, sosial, yaş və uşaq psixologiyasını;
  • Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini;
  • Həkimlərin etik davranış qaydalarıni, tibbi etikanın əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını;
  •  Uşaqlara göstərilən ilkin təcili tibbi yardımın, dərman yardımının müayinə və diaqnostika üzrə peşəkar fəaliyyət prinsiplərini;
  • Sanitar-profilaktika qaydalarını bilmək;
  • MS Office proqramlarını.

Tələb olunan səriştəliklər:

  • Məsuliyyət və dürüstlük;
  • Ünsiyyət;
  • Əməkdaşlıq;
  • Səbirlilik;
  • Kritik düşünmə;
  •  Problem həll etmə;
  • Planlaşdırma və təşkil etmə.

Əsas vəzifə öhdəlikləri:

  • “Pediatr" kimi çalışacaq şəxsin əsas funksiyası, Mərkəzin nəzdində fəaliyyət göstərən Məktəqədər təhsil müəssisəsi və Ümumtəhsil məktəbində təhsil alan şagirdlərə xidmət göstərən tibb məntəqəsinin işinin planlaşdırılmasını, icra və idarəolunmasını, koordinasiyasını və hesabatlılığını təmin etməkdir.

Vəzifə öhdəliyinə daxil olan əsas istiqamətlər aşağıdakılardır:

  • İlllik fəaliyyətin planlaşdırılması, resurs təminatının həyata keçirilməsi ilə bağlı müvafiq tədbirllərin icrası;
  • Şagirdlər və əməkdaşlar arasında sanitar-gigiyenik maariflənmə işinin təşkil olunması;
  • Əməkdaşların və təhsilalanların müvafiq qanunvericiliyə uyğun olaraq vaxtlı-vaxtında tibbi-müayinədən keçirilməsi işinin təşkili;
  • Xəstələnmənin qarşısının alınması və azadılması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi;
  • İlkin yardım və ilkin tibbi yardım işinin müvafiq qaydada təşkil olunması; qida blokunun sanitar-gigiyena və əks epidemik rejiminə gündəlik effektiv nəzarətin təmin olunması;
  • Qidalanma illə bağlı menyuların hazırlanmasında aktiv iştirakın təmin olunması xüsusi qidalanma ehtiyacı olan təhsilalanların fərdi qidalanmasının təşkilinə gündəlik nəzarət;
  • Fəaliyyətlə bağlı müvafiq qeydiyyat və sənədləşmə işlərinin səmərəli şəkildə təşkili;
  • Ehtiyac halında təhsilalanlara dərmanların və ya digə tibbi vasitələrin verilməsi işinin təşkili;
  • Fəaliyyəti ilə bağlı dövrü hesabatların hazırlanması və müvafiq qaydada təqdim olunmasını.

İş təcrübəsi:

Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.

https://www.21esr.com/career/jobaz/vacancy/93-pediatr
[email protected]