İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Layihənin icra planının və prosesinin planlaşdırılması, icrası və monitorinqi
 
	- Tapşırıqların düzgün formalaşdırılması, komandanın vəzifələrini effektiv şəkildə yerinə yetirmələrini təmin etmək üçün komanda üzvləri ilə birgə işləmək, həmçinin daxili və xarici amillərlə bağlı aydın məlumat və təlimat vermək
 
	- Yeni və mövcud müştərilərlə danışıqlar aparmaq
 
	- Həyata keçirilən layihələrdə məsul şəxs qismində çıxış etmək
 
	- Tələb olunan hesabatların hazırlanması
 
	- Layihənin uğurla icra olunması və tamamlanması üçün digər lazımi bütün işlərin görülməsi və nəzarəti
 
Namizədə tələblər:
	- Layihə idarəetmə üzrə təcrübə (Reklam agentliyində iş təcrübəsi üstünlükdür)
 
	- Biznesin inkişafı, sahibkarlıq, biznesin idarə olunması, satış, marketinq və oxşar sahələrdə məlumatlılıq
 
	- Təqdimat bacarığının olması
 
	- İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə ali təhsil üstünlükdür (Bakalavr və magistr dərəcəsi)
 
	- Güclü təhlil, məntiq və riyazi bacarıqlar, analitik düşünmə
 
	- Komandada və fərdi şəkildə işləmək bacarığı;
 
	- İngilis və ya rus dillərini bilmək üstünlükdür
 
	- Yüksək kommunikasiya bacarığı, punktual, operativ
 
	- Microsoft Word, Excel və Powerpoint proqramları ilə səlis işləmə bacarığı (sertifikatların olması üstünlükdür)
 
Nə təklif edirik:
	- Əmək məcəlləsinə uyğun rəsmiləşmə
 
	- Maaş və təcrübə artımı perspektivi
 
	-  B.e. - Cümə - 09:30-18:00
 
	- Əmək haqqı: razılaşma əsasında 
 
Uyğun şəxslərdən CV-lərini göndərmələri (mövzu: “Layihə Meneceri”) xahiş olunur. Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciətləri nəzərdən keçiriləcək.