Database Administrator

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İT sahəsində təhsil arzuolunandır);
  • Məlumat inzibatçılığı sahəsində minimum 1 il iş təcrübəsi;
  • MySQL, PostgreSQL, Navigat və sahə üzrə digər idarəetmə alətləri ilə işləmə bacarıqları;
  • Linux əməliyyat sistemi üzrə biliklər;
  • Verilənlər bazası sistemlərinin monitorinqi üzrə biliklər;
  • Problem həll etmə bacarığı;
  • Motivasiya və komandada işləmə bacarığı.

Görəcəyiniz işlər:

  • Verilənlər bazasının idarə edilməsini icra etmək (fəaliyyət, biznes davamlılığı, verilənlərin qorunması);
  • Verilənlər Bazaların dizayn edilməsi, qurulması və dəstəklənməsini təmin edilməsi;
  • Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
  • Biznes proseslerin sql proqramlasdirma dilinde  yazilmasi;
  • Verilənlər bazasının monitorinqi ;
  • Database sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin və mühafizəsinin təşkil edilməsi;
  • Database sistemlərinin performansına təsir eden database sorğulamalarının və prosedurlarının nəzərdən keçirilməsi;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 13.10.2023-cü il;
  • CV-lər göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.