Nəqliyyat üzrə mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 28.09.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Vəzifə: Nəqliyyat üzrə mütəxəssis 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Avtomobillərin gündəlik texniki göstəricilərinin yoxlanılması;
• Aylıq avtomobillərin yanacaq sərfiyyatının idarə edilməsi;
• Avtomobillərin giriş - çıxış sənədlərin təmin edilməsi;
• Avtomobillərin vaxtaşırı xidməti baxışının keçirilməsi;
• Sürücülərin avtomobilin idarə edilməsinə dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
• Avtomobillərin lazımı ehtiyyat hissələrin anbarda saxlanılmasının və idarə olunmasının təmin edilməsi;
• Avtomobillərin intellektual idarəedilməsi üçün “GPS” və “Drive right” sistemlərin quraşdırılması və idarə edilməsi;
• Nəqliyyat vasitələrin sazlığının təmin edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər:

• Microsoft Excel, Word, Power Point proqramlarından mükəmməl istifadə bacarığı;
• Nəqliyyat sahəsində ən az 5 illik iş təcrübəsi;
• Microsoft Excel analitik table hazırlama bacarığı;
• Nəqliyyat vasitələrinin texniki baxışını keçirmə bacarığı;
• Sənədləşdirmə bacarığı;
• Proqnozlaşdırma qabiliyyəti;
• Servislərlə, digər texniki təminat  şirkətləri ilə əlaqə qurmaq, müntəzəm ünsiyyətdə olmaq qabiliyyəti;
• Dəqiqlik, dürüstlük və peşəkarlıq;
• Yaş həddi 25-32
• Sürücülük vəsiqəsi BC kateqoriyalı olması arzuolunandır.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.