İş icraçısı və Sahə rəisi

  • Marine Plaza
  • Elanın qoyulma tarixi: 27.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
  • Işin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir
  • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
  • Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir
  • Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
  • Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir.
  • Texniki avadanlıqlardan (nərdivanlar, ayaqaltilar, müdafiə ləvazimatı, və s. qurğular) və işçilərin ferdi  qoruma vasitələrindən istifadəni təmin edir.
  • Ağırlığın qaldırılması normalarına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
  • Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür

Vəzifənin xüsusiyyətləri:

  • Tikinti  sahəsi üzrə ən azı 3-5 il iş təcrübəsi
  • Ali təhsil (Memarlıq ve İnşaat Universiteti)
  • Ms Office(Outlook, Word, Excel), Autocad proqramlarında işləmə bacarığı
  • Gərgin iş rejimində işləmə bacarığı
  • Dil bilikləri: Azerbaycan, Rus və İnglis (arzu olunan)
  • Güclü ünsiyyət və komandada işləmək bacarığı.
  • Yüksək məsuliyyətli və etibarlı.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
  • İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli

Əlavə imtiyazlar:

  • İş icazəsi və qeydiyyat
  • Qidalanma 
  • Yaşayış yeri ilə təmin olunma

Tələblərə uyğun namizedler öz “CV/Resume”-lərini electron unvanina göndərə bilərlər.