Logistika üzrə mütəxəssis

  • Buta Group
  • Elanın qoyulma tarixi: 20.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında:

  • İş yeri: Bakı, Rəşid Behbudov 71
  • İş saatı: Həftədə 5 gün həftəlik 40 saat olmaqla
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Vəzifə öhdəlikləri:

  • Logistika ilə əlaqədar tələbləri iş yerinin prosedurlarına uyğun olaraq materiallara aid texniki tələblər, sifarişlər və təlimatlar vasitəsi ilə müəyyən edir;
  • Logistik əməliyyatların tələb etdiyi xərclərin qiymətləndirilməsini və analizinin aparılmasında iştirak edir;
  • Logistik əməliyyatlarının effektliyinin qiymətləndirilməsin və analizinin aparılmasında iştirak edir;
  • Səlahiyyəti çərcivəsində daşınma ilə əlaqədar yaranan problemləri həll edir;
  • Dövlət strukturlarına Logistika, Gömrük və AQTA ilə bağlı rəsmi ərizələrin, məktubların, şikayətlərin və müraciətlərin yazılmasını icra edir;
  • Logistika ilə əlaqədar tələbləri zəruri halda rəhbəri ilə məsləhətləşdikdən sonra prioritetləşdirir; 
  • Sifariş istiqamətində işin ardıcıllığını müəyyən edir və əməliyyatları planlaşdırır; 
  • Sifarişə görə əməliyyatların izlənməsi üçün müvafiq personal ilə işin bölgüsünü planlaşdırır; 
  • Daşınmanın növünə görə verilən qiymət təklifini dəyərləndirir; 
  • Səlahiyyətləri çərçivəsində qarşılaşa biləcək təhlükələri müəyyənləşdirir, riskləri qiymətləndirir və təhlükələrin qarşısını almaq ücün tədbir(lər) görür; 
  • Əməliyyatın bütün mərhələlərində birbaşa rəhbərinin məlumatlandırılmasını təmin edir; 
  • Beynəlxalq şirkətlər, tərəfdaşlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təşkil edir; 
  • Daxil olan sorğulara əsasən daşınma şirkətlərinə müraciət etmək, gələn təkliflərdən daha uyğun olanını seçir; 
  • Daşınan malların verilmiş ünvandan daşınması üçün koordinasiyasını təşkil edir və təyin olunmuş maşınların yerdəyişmə prosesinin izləyir; 
  • Daşınan məhsul catdırıldıqdan və bütün zəruri sənədləşmə işləri tamamlandıqdan sonra müvafiq yük üzrə yaranan bütün xərclərin qeyd edildiyi maliyyə hesabatını bütün əlaqədar şəxslərə yayımlayır; 
  • Zəruri hallarda hər hansı məhsulu verən şəxsə yükün catdırılması / daşınması və gömrük işləri ilə bağlı yarana biləcək bütün xərcləri əvvəlcədən bildirir;
  • Daxil olan yüklərin qəbul olunmasını, daşınmasını, yerləşdirilməsini, saxlanmasını təmin edir;
  • Daşınma mallarının catdırılma məntəqəsinə qədər hərəkətinə nəzarət edir;
  • Çatdırılmış məhsulları təhvil vermə və qeydlər aparma prosesinə nəzarət edir;

Namizədə tələblər:

  • Təhsili: Ali təhsil
  • Müvafiq sahədə ən azı 1-3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan, (İngilis və Rus dili arzu olunandır)
  • Kompüter bilikləri: Microsoft Office, Outlook
  • Komandada işləmək bacarığı
  • Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı
  • İdarəetmə təcrübəsi, analitik düşünmə
  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq

Vakansiya ilə maraqlanan şəxslər CV-ləri göndərə bilər.