Korporativ satış üzrə mütəxəssis (Qida və Qeyri qida sahəsində)

  • Superfon
  • Elanın qoyulma tarixi: 18.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və analiz edilməsi;
  • Şirkət məhsullarının korporativ müştərilərə satışını təşkil etmək;
  • İnternet və media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
  • Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması və ziyarətlərin təyin olunması;
  • Müştərilərə məhsulların yüksək səviyyədə təqdim edilməsi və təkliflərin verilməsi;
  • Ziyarət nəticələrinin izlənilməsi;
  • Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
  • Məhsulun satışı ilə əlaqəli təklif, müqavilə və digər sənədləri hazırlamaq və onları nəzarətdə saxlamaq;
  • Satış prosesinin əvvəldən sona qədər tam  aparılması;

Tələblər:

  • Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər;
  • B2B üzrə iş təcrübəsi ( Qida və Qeyri qida sahəsində);
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Öz müştəri bazasının mövcud olması – arzu olunandır;
  • Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı;
  • Məsuliyyətli, punktual, dürüst və xoş görünüşlü;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Ali təhsil-arzu olunandır;
  • Dil bilikləri : Azərbaycan dili; İngilis dili və Rus dili arzu olunandır;

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Korporativ satış üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi