İnnovativ ödənişlər və ekvayrinq üzrə mütəxəssis/Aparıcı mütəxəssis

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 11.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Klirinqə nəzarət edilməsi;
  • Beynəlxalq ödəniş sistemləri ilə hesablaşmalara nəzarət edilməsi;
  • Kart və qurğu hesablarının qalıqlarına nəzarət edilməsi;
  • Merchantlarla üzləşmə aktlarının tərtib edilməsi, fakturalandırılması və gəlirə işlənilməsinə nəzarət edilməsi;
  • Müqavilələr üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Gəlir və xərc hesablarına nəzarət edilməsi;
  • Hesabatların tərtib və təqdim edilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi (İngilis dili və rus dili arzuolunandır); 
  • Microsoft Office proqramlarında mükəmməl iş bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Ünsiyyətcillik və komanda şəklində işləmək bacarığı;
  • Hesabatları tərtib və təhlil etmə bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik və təşəbbüskarlıq.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İnnovativ ödənişlər və ekvayrinq üzrə mütəxəssis/Aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi