Baş sistem inzibatçısı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznes proseslərin avtomatlaşdırılması, proseslərə aid proqramların qurulması, inteqrasiyası və miqrasiyasının icra edilməsi;
  • Server və istifadəçi resurslarının siyasətə uyğun ehtiyat nüsxəsinin alınması və arxivləşdirilməsinin təmin edilməsi;
  • İnfrastrukturun daim təftiş olunması, təhlükəli hərəkətin öncədən aşkar edilməsi və loqlanmanın təşkil edilməsi;
  • Sistemlərin texniki inkişafına uyğun təkliflərin hazırlanması;
  • Fiziki və virtual serverlərin işinin kəsintisiz təşkil edilməsi;
  • Yeni texniki avadanlıqların təşkilində iştirak edilməsi;
  • M365 elektron poçt sisteminin qurulması və dayanıqlı fəaliyyətinin təmin edilməsi;
  • Bulud sistemlərinin monitorinqi və administrativ əməliyyatların icrasının təmin edilməsi və optimizasiya həllərinin təklif edilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (Müvafiq sahə üzrə);
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini əla, İngilis dilini yüksək səviyyədə bilməli.

Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar:

  • LAN/WAN sistemləri haqqında mükəmməl anlayışlar;
  • Sistem təhlükəsizliyinə dair texniki biliklər;
  • Bulud sistemlərinə dair biliklər;
  • On-premises məlumat mərkəzi və fiziki serverlərlə iş qabiliyyəti;
  • Problem həll etmə və kommunikasiya bacarığı.

Əlavə məlumatlar:

  • İş saatı: 09:00 – 18:00;
  • İş rejimi : Həftə içi 5 gün;
  • Tibbi sığorta;
  • Korporativ nömrə.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını Baş sistem inzibatçısı” qeyd etməklə göndərə bilərsiniz.

İşəgötürənin reytinqi