İşin təsviri
Vəzifənin məqsədi:
Zavod ərazisində istifadə olunan cavabdeh olduğu sahə üzrə NÖC və avtomatika üzrə avadanlıqların texniki xidmət və təmir işlərini verilən proqram, təlimat və standartlara uyğun olaraq yerinə yetirilməsini təmin etməlidir.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Sahədəki Nəzarət ölçü cihazlarında profilaktik və düzəldici təmirlərin aparılması təmin etmək;
- Nəzarət ölçü cihazlarında texniki baxış işlərini müəyyənləşdirilmiş prosedur və spesifikasiyalara uyğun olaraq aparılmasını təmin etmək;
- SAP sistemində təmir ilə əlaqəli məlumatların yenilənməsi və qeyd edilməsini təmin etmək;
- Tələb olunan qaydada rutin təhlükəsizlik testlərininin və sahə avadanlıqlarında yoxlamaların aparılmasını təmin etmək;
- Müxtəlif axın, səviyyə, təzyiq və temperatur ötürücülərini və bunlarla əlaqəli idarəetmə klapanlarının sınaq yoxlanışı, kalibrasiya edilməsi və çıxa biləcək problemlərin həll edilməsini həyata keçirmək;
- Sahədəki işlərin "İşə icazə sənədi" sistemi altında aparılmasını təmin etmək (həmçinin sözügedən sistem haqqında kifayət qədər məlumatlı olmaq);
- Sahədəki anbar inventarından tələb olunan ehtiyat hissələrinin müəyyənləşdirilməsi və əldə edilməsini təmin etmək;
- Sazlama və işlətmə qrupuna texniki dəstək göstərmək.
Tələblər:
- Müvafiq sahə üzrə peşə və ya orta-ixtisas təhsili arzuolunandır;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Neft-qaz və digər ağır sənaye sahələrində iş təcrübəsi;
- Baxım və təmir işlərinin yerinə yetirilməsi, qurğu və avadanlıqlara xidmət sahəsi üzrə iş təcrübəsi;
- Təhlükəsizliklə bağlı qanunvericilik və qaydaları bilməli;
- Layihənin istismara verilməsi (Commissioning) təcrübəsi arzuolunandır;
- Layihənin istismara hazırlıq (Start-Up) təcrübəsi arzuolunandır;
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “NÖC və avtomatika üzrə çilingər” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 08.09.2023