Zootexnik

İşin təsviri

Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir.

Əmək funksiyaları:

  • Günlük yem sifarişini anbara vermək, gündəlik fərdi və qrup halında yem payını tərtib etmək, yemlənmənin düzgün yerinə yetirilməsinə nəzarət etmək,
  • Yem rasionları tərtib etmək və tətbiq etmək,
  • Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasını təşkil etmək,
  • Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini qismən təşkil etmək,
  • Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin və miqdarının dəqiq təyinini müəyyənləşdirmək;

Tələblər:

  • Zootexnik sahəsi üzrə ali təhsil 
  • Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.

İş qrafiki: 09:00- 18:00 (altıgünlük iş həftəsi)

İş yeri: Qəbələ rayonu, Ovcullu kəndi.

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaqdır.

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Zootexnik” qeyd etməklə göndərə bilərlər.