Mobile Developer

  • Iktex
  • Elanın qoyulma tarixi: 23.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Android/iOS platformaları üçün yüksək keyfiyyətli proqram təminatlarını dizayn etmək və hazırlamaq
  • Tələb olunan proqram təminatının visual elementlərini hazırlamaq üçün UI/UX dizayn çərçivələrini kodlara çevirmək;
  • Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək, performans problemlərini həll etmək.

Tələblər:

  • İnformasiya texnologiyaları, riyaziyyat və digər texniki sahələr üzrə bakalavr təhsili;
  • Mobil proqramlaşdırma üzrə ən azı 2 il iş təcrübəsi;
  • Play Store və ya App Store-da yazılmış proqramların yerləşdirilməsi üzrə təcrübə arzuolunandır;
  • Android və/və ya İOS üzrə bilik;
  • Flutter və ya React Native kimi cross-platform texnologiyaları sahəsində bilik;
  • Android Studio, Java, Objective C, Kotlin bilikləri olanlara üstünlük verilir;
  • Restful API və digər API ilə işləmə bacarıqları; 
  • JIRA, Git bacarıqlarının olması arzuolunandır;
  • Azərbaycan dili əla, İngilis dili orta səviyyədə bilmək.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mobile Developer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.