İşin təsviri
Vəzifə öhdəlikləri:
- Kompüterlərdə yaranan Hardware, Software problemlərini yerində həll edir;
- Kompüter və proqram təminatı ilə bağlı yaranmış nasazlıqları aradan qaldırır;
- İstifadəçi sorğularının mütləq qaydada reyestrinin aparılmasını təmin edir;
- Kompüterlərdə əməliyyat sisteminin, proqram təminatlarının quraşdırılmasını və konfiqurasiyasını həyata keçirir;
- Kompüter istifadəçilərinə ümumi təyinatlı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstəyi təmin edir;
- Yeni işçi yerlərinin quraşdırılması və ya mövcud işçi yerlərinin köçürülməsində köməklik edir;
- Kompüter və periferiya avadanlıqlarının diaqnostikası və sazlanması, onların işlək vəziyyətdə olmasını təmin edir;
- Şöbəyə aid avadanlıqların qəbulu və çatdırılmasının qeydlərinin aparılmasını təmin edir;
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Server avadanlıqlarının quraşdırılması və sazlanmasını, avadanlıqların işində aşkarlanan nasazlıqlarla bağlı texniki xidmətin göstərilməsini təmin edir;
- Server avadanlıqlarının dayanıqlı və fasiləsiz işləməsinin təmin edilməsi, o cümlədən avadanlıqların sazlanmasının (konfiqurasiya) və serverlərdə saxlanılan məlumatların (faylların) ehtiyat sürətlərinin yaradılması və bərpasını həyata keçirir;
- Server avadanlıqlarında əməliyyat sistemlərinin quraşdırılması, onların etibarlı, davamlı fəaliyyətini, təhlükəsizliyini, işlək vəziyyətdə saxlanmasını və dövri yenilənməsini təmin edir;
- Server avadanlıqlarında proqram təminatlarının quraşdırılması və konfiqurasiya olunmasını, onların işlək vəziyyətdə saxlanmasını və dövri yenilənməsini təmin edir;
- Şəbəkə avadanlıqlarının quraşdırılması və sazlanmasını, avadanlıqların işində aşkarlanan nasazlıqlarla bağlı texniki xidmətin göstərilməsini təmin edir;
- Şəbəkə avadanlıqlarının dayanıqlı və fasiləsiz işləməsinin təmin edilməsi, o cümlədən avadanlıqların konfiqurasiyalarının ehtiyat sürətlərinin yaradılması və bərpasını həyata keçirir;
- Şəbəkə avadanlıqlarında proqram təminatlarının quraşdırılması, onların etibarlı, davamlı fəaliyyətini, təhlükəsizliyini, işlək vəziyyətdə saxlanmasını və dövri yenilənməsini təmin edir;
- İnternet, şəbəkə resursları, elektron poçt, çap və digər İT xidmətlərindən istifadə sisteminin təşkili və idarə olunmasını həyata keçirir;
- İT infrastrukturuna uyğun monitorinq və nəzarət proqramlarının quraşdırılmasını təmin edir;
- İnformasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparır, aşkar edilən problem və nasazlıqların həlli üzrə təkliflər hazırlayır, onların aradan qaldırılmasını təmin edir;
- İnfrastrukturun zəif tərəflərini araşdırır, İT resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün təkliflər verir və müstəqil şəkildə tədbirlər görür;
- İnformasiyanın mərkəzləşmiş halda saxlanılmasını təşkil edir;
- Kompüter və server avadanlıqlarının funksionallığının maksimum səviyyədə istifadəsi, təhlükəsizliyin təmin edilməsi, infrastrukturun optimallaşdırılması və inkişafı üçün təkliflər və icra planları hazırlayır;
- Alınacaq kompüter, server, şəbəkə avadanlıqlarının, onların proqram təminatlarının parametrlərini müəyyən edir və texniki tələblərin müəyyən olunması prosesində iştirak edir;
- İstifadəçi hesablarının yaradılmasını, daxilolma səviyyələrinin təyin edilməsini təmin edir, icazə verilməmiş daxilolma hallarını aşkarlayır daxili və xarici müdaxilələrdən qorunma üçün zəruri tədbirlər görür;
- Sui-istifadə halları və onlarla mübarizə tədbirləri barədə şöbə müdirinə məlumat verir;
- Sistem konfiqurasiyalarının sənədləşdirilməsini təmin edir, texnoloji prosesləri təkmilləşdirir, texniki istismar üzrə təlimat və digər sənədlərin işlənib hazırlanmasında iştirak edir;
- Xidmət sahələrində giriş-çıxış və video müşahidə sistemlərinin qurulmasında iştirak edir, həmin sistemlərin etibarlı fəaliyyətini təmin edir;
- Server avadanlıqlarının, əməliyyat sistemlərinin zədələnmələrinin uçotunu aparır və statistikasını təhlil edir;
- Şöbənin fəaliyyəti ilə əlaqədar şöbənin digər əməkdaşlarına tapşırıqların icra edilməsində köməklik göstərir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır, öz fəaliyyəti barədə şöbə müdirinə hesabat verir;
- İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan, rus, ingilis (texniki);
- Sistem inzibatçısı kimi minimum 3 il iş təcrübəsi;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
- İşə planlı yanaşma bacarığı;
- Ünsiyyət yaratmaq bacarığı;
- Ölkədaxili ezamiyyətlərə getmək imkanı;
- Məsuliyyətli və operativ qərar vermə bacarığı.
Tələb olunan bacarıqlar:
- Server avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatı və iş rejimləri, onların texniki istismar qaydalarına dair nəzəri və praktik biliklər;
- Microsoft, Linux və Unix əməliyyat sistemləri haqqında nəzəri və praktik biliklər, Windows və Linux əməliyyat sistemləri əsasında serverlərin qurulması;
- Active Directory, LDAP servisləri vasitəsilə istifadəçi hesablarının yaradılması, texniki dəstək və nəzarət funksiyalarının həyata keçirilməsi;
- Elektron poçt serverlərinin yaradılması, konfiqurasiya edilməsi və elektron poçt xidmətinə texniki dəstəyin həyata keçirilməsi;
- Antivirus və Antispam sistemlərinin tətbiqi, əməliyyat sistemlərinin təhlükəsizliyinin təmin edilməsi;
- Şifrələmə texnologiyalarının tətbiqi;
- Group Policy haqqında nəzəri və praktiki biliklər, sistemdə vahid siyasətlərin hazırlanması və tətbiqi;
- Şəbəkə avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatı və iş rejimləri, onların texniki istismar qaydalarına dair nəzəri və praktik biliklər;
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması metodları;
- Router, Switch və Firewall-ların (o cümlədən Cisco,Palo Alto,Fortigate, HPE və s.) qurumun təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi, istismarı və dəstəklənməsi;
- IPSec/VPN texnologiyaları (o cümlədən DMVPN, site-to-site vpn, remote access vpn və s.);
- Şəbəkə kabelləri və sonlandırma işlərinə dair nəzəri və praktik biliklər;
- MS Ofice proqram təminatları haqqında nəzəri və praktik bilikləri;
- İT sahəsində siyasət, habelə təlimat və qaydaların hazırlanması bacarığı.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- Vakansiya üzrə müraciətin son müddəti: 23 sentyabr 2023-cü il
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnformasiya texnologiyaları şöbəsi – Sistem inzibatçısı) qeyd edin.