Daxili audit

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 23.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

  • Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli sahələr üzrə ali təhsil
  • Adiyyatı sahədə iş təcrübəsi 
  • Məlumat bazasında işləyə bilmək üçün SQL biliyi (arzuolunandır)
  • ACCA, CIA və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excel, Outlook);
  • Datanın emal edilməsi və struklaşdırılması bacarığı;
  • Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
  • Analitik, riyazi düşüncə və problemlərin idarə edilməsi bacarıqları;

Vəzifə öhdəlikləri:

  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlili;
  • Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi;
  • Müvafiq ticari proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması, gəlir və xərclərin səmərəliliyi üzrə araşdırma;
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək
  • Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək;
  • Şirkətin risklərin qiymətləndirilməsi, idarəetmə proseslərinin güclü və zəif cəhətlərini təhlil etmək, səmərəliliyimi dəyərləndirmək və tövsiyələr vermək 
  • Sayım işlərinin həyata keçirilməsi
  • Məlumatların analizi üçün proqramlaşdırma dilində lazımi kodların yazılması arzu olunandır

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Daxili Audit” yazaraq öz şəkilli CV-lərini yollaya bilərlər.