Kiçik mühasib

  • Mega Insurance
  • Elanın qoyulma tarixi: 21.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədlərin işlənməsi.
  • Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi.
  • Müştərilərlə üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması.
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi internet banking vasitəsilə ödəniş tapşırıqlarının tərtib edilməsi və bank çıxarışlarının proqrama işlənməsi.
  • Mühasibat uçotunu qaydalarına uyğun muxabirləşmələrin verilməsi.
  • Əsas vəsaitlərin və inventarizasiya uçotunun aparılması.
  • Xəstəlik vərəqəsinin hesablanması və ezamiyyənin hazırlanması.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Vəzifə üzrə əsas tələblər:

  • Təhsil: Ali (Mühasibatlıq və Maliyyə ixtisası).
  • Maliyyə üzrə beynəlxalq sertifikatlar (ACCA) – üstünlükdür.
  • Vergi Məcəlləsini  və Milli Mühasibat uçotu standartlarını üzrə biliklər.
  • Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst, İngilis dili B2.
  • Kompüter bacarıqları: MS Word və MS Excel – sərbəst istifadəçi. Elektron portallarla işləmək bacarığı.
  • Şəxsi və işgüzar  keyfiyyətləri: İnkişaf yönümlü, dəqiq, məsuliyyətli, operativ, təmkinli, analitik düşüncəli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.

Əmək şəraiti:

  • İş vaxtı: 5 günlük iş həftəsi.
  • Əmək haqqı: 500 manat.

Vakansiyaya uyğun gələn namizədlər mövzuda “Kiçik mühasib” yazmaqla CV-ni göndərə bilər.