Əmək haqqı hesablanması üzrə mütəxəssis

  • AzerFloat
  • Elanın qoyulma tarixi: 15.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri:          

  • Əmək haqqı sisteminin qurulmasında iştirak etmək; 
  • İşçilər haqqında əldə olunan məlumat və sənədlərin düzgünlüyünü və uyğunluğunu yoxlamaq; 
  • İşçilərin əmək haqqı və avanslarını hesablamaq və vaxtında ödəmək;
  • İşçilərə verilən bonus, maddi yardım və digər mükafat və ödənişləri hesablamaq və vaxtında ödəmək; 
  • İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını və son haqq-hesablarını hesablamaq və vaxtında ödəmək; 
  • Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödəmək; 
  • Əmək müqaviləsində göstərilən xüsusi şərtlər, istisnalar və mükəlləfiyyətləri təhlil etmək; 
  • Digər gündəlik əmək haqqı əməliyyatlarını yerinə yetirmək.
  • İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və prosedurların  hazırlamasında iştirak etmək və həyata keçirmək; 
  • Qanunvericiliyin tələblərini yerinə yetirmək üçün inzibati prosedurları və prosesləri hazırlanmasında iştirak etmək və həyata keçirmək; 
  • Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini
  • dinləmək və təhlil etmək;
  • Problemlərin səbəblərini araşdırmaq və problemin aradan qaldırılması üçün tədbirlər planı təklif etmək və ya hazırlamaq

Tələblər:

  • Ali təhsil
  • Tələb olunan vəzifə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, DSMF haqqında qanun və aidiyyatı qanunvericiliklər haqqında biliklər;
  • Excel üzrə yüksək bilik səviyyəsi
  • Rus dili vacibdir (İngilis dili arzu olunandır); 
  • Effektiv işləmə bacarığı;
  • Dəqiqlik;
  • Detallara diqqətli olmaq;

İş şəraiti: 

  • İş qrafiki: 09:00- 18:00
  • Tibbi sığorta
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Əmək haqqı hesablanması üzrə mütəxəssis” yazıb elektron poçt ünvanına göndərin.