Proqramçı (Senior Backend Developer)

  • AZSOFTWARE SYSTEM
  • Elanın qoyulma tarixi: 09.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması üçün yüksək səviyyədə bilik və təcrübə ilə yanaşı, bu tələblərin yeni və inkişaf etmiş texnologiyalara uyğun şəkildə tətbiq etmək.
  • Proqram təminatlarının işləməsinə nəzarət edilməsi.
  • İşlədiyi komandaya mentorluq və texniki rəhbərlik edərək, yeni və orta səviyyəli inzibati işçilərin inkişafına kömək etmək, texniki biliklərin və bacarıqların artırılmasına töhvə vermək.
  • Texniki arxitektur seviyyəsində, proqram təminatlarının və modullarının tərtibatı və inteqrasiyasında liderlik edərək, optimal və stabil bir infrastrukturun qurulmasının təmin etmək.
  • Komandası ilə birgə iş birliyi edərək, məhsulun funksional və texniki tələblərini anlamaq və bu tələbləri daha yaxşı formada kodda təmsil etmək üçün əməkdaşlarla birgə işləmək.
  • Yenilikçi texnologiyaların təqib edilməsi və bu texnologiyaların proqram təminatlarına necə tətbiq edilə biləcəyi barədə strateji tədqiqat aparılması.
  • Texniki problem çözmə bilikləri ilə, proqram təminatlarının və ya sistemlərin daha kompleks və çətin texniki məsələlərinin üstünə düşmək və effektiv həll yolları tapmaq.

İT biliklər:

  • C# .NET və .NET Core bilikləri
  • Git və Versiya kontrol sistemi ilə işləmə bacarığı
  • SQL və NoSQL verilənlər bazalarında yüksək səviyyədə təcrübə (MsSQL, PostgreSQL, MongoDB və s.).
  • SOA , Microservice Arxitekturasında işləmə bacarığı
  • RESTful API, GraphQL kimi protokollarla web xidmətləri tərtib etmək bacarığı
  • Proqram təhlükəsizliyi prinsipləri və tədbirləri bacarığı
  • Strong Programming Skills 

Namizədə tələblər:

  • Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq.
  • Ümumi alqoritm qurma bacarığı.
  • Analitik düşünmək və problem həll etmək bacarığı.
  • Kollektiv şüurla komanda şəklində fəaliyyət.

Kvalifikasiyalar:

  • Müvafiq sahədə ali təhsilin olması üstünlükdür
  • Müvafiq sahədə  minimum 3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan dili, ingilis dili (min. İntermediate)

Əməkhaqqı: 2500-3500 AZN

Əməkhaqqı namizədin iş təcrübəsi, bilik və bacarıqları nəzərə alınaraq müsahibə əsnasında formalaşdırılacaq.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV və portfoliolarını vakansiyanın adı qeyd olunmaqla mail ünvanına göndərmələri xahiş olunur.

AZSOFTWARE SYSTEM tərəfindən digər vakansiyalar