Maliyyə analitikası üzrə baş mütəxəssis

  • Katech
  • Elanın qoyulma tarixi: 07.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanması və təqdim edilməsi;
  • Kənar və daxili auditorlarla sıx əməkdaşlıq göstərilməsi;
  • Əsas vəsaitlərin və digər aktivlərin qiymətləndirilməsi prosesinin idarə edilməsi;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq;
  • Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərinin verilməsi;
  • Maya dəyərinin aylıq əsaslarda analitik təhlilinin həyata keçirilməsi;
  • Maliyyə hesabatlarında və biznes planlarında müxtəlif məlumatları nəzərdən keçirib təhlili və qiymətləndirmə üçün töhfələrin verilməsi
  • Xərclərdə israfçılığın qarşısını almaq məqsədi ilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
  • Cari gəlirlərin və xərclərin, əməliyyat planlarına uyğun büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili
  • Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatları hazırlamaq.

Namizədə dair əsas tələblər:

  • Ali təhsil (Mühasibatlıq,Maliyyə, Biznesin idarə edilməsi, İqtisadiyyat)
  • İş təcrübəsi müvafiq sahədə minimum 3 il;
  • Yüksək səviyyədə MS Office bilikləri;
  • 1C proqramı ilə işləmək bacarığı;
  • SAP proqramı ilə iş təcrübəsinin olması üstünlükdür;
  • Vergi qanunverciliyi barədə məlumatlı olmalı;
  • Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Detallara dəqiqlik və yaxşı problem həll etmə bacarığı;
  • Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

İş qrafiki: 1-5 günlər, saat 09:00-dan 18:00-dək.

Ofisin ünvanı: Nizami küçəsi 10. 

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərməkləri xahiş olunur.