Xarici Hesabatlıq şöbəsinin Baş mütəxəssisi

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 04.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Requlyativ hesabatların hazırlanması və təqdim edilməsi: requlyativ tələblərə uyğun olaraq maliyyə məlumatlarının toplanması, təhlili və hazırlanması, tənzimləyici orqanlara dəqiq və vaxtında hesabatların təqdim edilməsi.
  • Requlyativ tələblərə uyğunluq: bank kapitalının adekvatlıq, likvidlik və leverec əmsalları kimi bütün tənzimləyici tələblərə əməl etməsinin təmin edilməsi və bankın məcmu kapital vəziyyətinin optimallaşdırılmasına dair təhlil və tövsiyələrin yüksək rəhbərliyə təqdim edilməsi.
  • Maliyyə hesabatının keyfiyyəti: təqdim olunan maliyyə məlumatlarının düzgün, tam və tələblərə uyğun olmasını təmin etmək və məlumatların bütövlüyünü təmin etmək üçün müvafiq nəzarət və prosedurlara riayət olunmasına nəzarət etmək.
  • Maraqlı tərəflərin idarə edilməsi: tənzimləyici orqanlarla əlaqələrin qurulması.
  • Proseslərin təkmilləşdirilməsi: requlyativ hesabatların dəqiqliyini, səmərəliliyini və effektivliyini artırmaq üçün proseslərin və sistemlərin davamlı olaraq təkmilləşdirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
  • Xarici dil: İngilis, Rus (arzuolunandır)
  • Kompüter Bacarıqları: MS Office proqramları
  • Lisenziya / Sertifikat: ACCA / CFA arzuolunandır
  • Məhsul üzrə biliklər: Bank məhsulları
  • Başqa tələblər: MB və ADİF tənzimləmə sənədləri

İşəgötürənin reytinqi