Əməliyyat üzrə menecer

  • 189 Courier
  • Elanın qoyulma tarixi: 04.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:                           

  • Təyin edilmiş qrafik üzrə işə başlanılması
  • Kuryerlərin işə qəbulu
  • Kuryerlərin təlimi ( iş saatları, proqram izahı, davranış və danışıq qaydaları  )
  • Kuryerlərin ərazi üzrə  bölgüsü
  • Daxili sistemin funksiyalarının öyrənilməsi ( admin panel )
  • Zəng və ya panel vasitəsi ilə edilən sifarişlərə kuryerlərin təyin edilməsi
  • Hər bir sifarişin tarifinə uyğun olaraq çevik hərəkət  (təcili, gün ərzində və s. )
  • Sifarişlərə təyin edilmiş kuryerlərin, sifariş zamanı icra statuslarını izləmək
  • Partnyorun problemini qeydə alıb,  həll etmək
  • Kuryerlər tərəfindən təqdim olunan  sənədləri sistem üzərindən təhvil almaq
  • Kuryerlərdən gün sonu təhvil alınmış sənədləri çeşidləmək, rəflərə düzmək
  • Qəbz talonu ehtiyyatına daimi nəzarət,  azaldığı təqdirdə yenisinin  sifarişi
  • Partnyor istəyinə əsasən qəbz talonlarının yığımı, lazımi təqdirdə partnyora təqdim edilməsi
  • Şöbənin  dəftərxana ləvazimatı ehtiyatına  nəzarət, lazımi təqdirdə sifarişini təmin etmək (zərf sifarişi və s.)
  • Kuryerlərin gün sonu çatdırmadığı sifarişlərinin səbəbinin araşdırılması 
  • Karqo sifarişlərinin sistemə daxil edilməsi
  • Hesabatların rəhbərliyə  təqdim edilməsi ( günlük sifariş sayı, kuryer sayı, ofisdən məxaric olunan  sənəd sayı və s. )
  • Rəhbərliyin göstərişlərini icra etmək

Namizədə tələblər:

  • Ali təhsil;
  • 23-35 yaş həddi 
  • Kuryer xidməti  ilə məşqul olan  şirkətdə  iş təcrübəsi
  • Komputer bilikləri - MS office
  • Azərbaycan dili-səlis
  • Rus dili -yaxşı

Ofis-şəhərin mərkəzində

6 günlük  iş qrafikı 

Əmək haqqı – müsahibə zamanı müəyyənləşir. 

Göstərilən tələblərə cavab verən namizədlər  CV-lərini “Əməliyyat üzrə Menecer” qeyd etməklə göndərsinlər.