Baş mühasib

İşin təsviri

İş rejimi: Tam

İşə başlama tarixi: Mümkün qədər tez

İş şərtləri:

  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş saatı 1-5-ci günlər 08:30-dan 17:30-a kimidir
  • İstirahət: Şənbə, Bazar günü
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Baş mühasibə aid tələblər:

  • İqtisadiyyat sahəsində ali təhsil;
  • 5 ildən az olmayaraq iş təcrübəsi; 
  • Əmək haqqı hesablanması üzrə iş təcrübəsi; 
  • Gömrük bəyannamələri (yük gömrük bəyannamələri) ilə iş təcrübəsi;
  • Sahə üzrə biliklər;
  • Analoji peşə üzrə kurslar;
  • Mühasibat  ilə bağlı sertifikatın olması;
  • Vergi Uçotu üzrə sertifikatın olması;
  • Azərbaycan, rus  və ingilis dilini bilməli;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, ƏƏCMN-nin DSMF haqqında normativ-hüquqi aktları haqqında biliklərinin olması;
  • Kargüzarlıq işlərini bilmək;
  • Kompyuter bacarıqları: Internet Explorer, Microsoft Office, 1C 8, BTP, EFP, B1, B3 proqramları ilə işləmə bacarığı.  Online prosedurları həyata keçirmə bacarığı;
  • E-poçtla işləmək;
  • İşgüzar yazışmalar;
  • Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;
  • Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı; 
  • İdarəçilik  qabiliyyəti, təşkilatçılıq, büdcələşdirmə bacarığı; kommunikasiya bacarıqları;  lider keyfiyyəti, problemləri həll etmə bacarığı;
  • Geyim qaydalarına və geyim formasına riayət etmək;
  • Əmək intizamının yüksək olması;
  • Təhlükəsizlik qaydalarına əməl edilməsi.

Baş mühasib bilməlidir:

  • Azərbaycan Respublikasının Əmək və Verqi Məcəlləsini;
  • «Caspian Services Group» MMC-nin maliyyə-təsərrüfat fəaliyyətini;
  • Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını;
  • «Caspian Services Group» MMC-nin Nizamnaməsini;
  • «Caspian Services Group» MMC-nin Direktorunun əmr və göstərişlərini;
  • Kargüzarlığın aparılması işini, daxili normativ, metodik və digər rəhbər materialları;
  • Müvafiq normativ-hüquqi sənədləri, müəssisədaxili normativ sənədləri;
  • Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
  • Maliyyə büdcəsinin hazırlanma qaydaları;
  • Maya dəyərinin hesablanması qaydaları;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi qaydalarını;
  • Bütün növ hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; 
  • Mühasibat və vergi uçotunun aparılması qaydalarını;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
  • İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması qaydalarını;
  • Bank əməliyyatlarının həyata keçirilməsi qaydalarını;
  • Elektron hökümət portalından istifadə etmək qaydasını;
  • Daxili intizam qaydalarını; Əməyin mühafizəsinin qayda və normalarını.

Baş mühasibin vəzifələri:

  • Vəzifə təlimatına, SƏTƏM, İR və şirkət qaydalarına riayət edilməsi; 
  • Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
  • İşi düzgün və operativ aparmaq  üçün digər şöbələr ilə razılaşdırmaq və onlar ilə daima əlaqə saxlamaq;
  • Vəzifəsi  ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırma;
  • İş yerini qaydaya salmalı;
  • İclaslarda iştirak etməli;
  • Daxili təlimlərdə iştirak etməli;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu aparır. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasını, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
  • Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə işçilərə rəhbərlik edir;
  • Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində  “Baş mühasib”  göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
  • Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.

Caspian Services Group tərəfindən digər vakansiyalar