Apteklər üzrə koordinator

İşin təsviri

Vəzifə funksiyaları: 

  • ­Apteklərə dərman sifarişlərinin verilməsinə nəzarət etmək;
  • Apteklərdə olan dərman vasitələrinin çeşidlərinin tamlığına nəzarət etmək;
  • Aptekdə olan dərman preparatlarının son istifadə tarixinə gündəlik nəzarət etmək;
  • Apteklərdə dərman preparatlarının saylarına nəzarət və artıq yüklənmələri tənzimləmək;
  • Dərman preparatlarının tələbə uyğun olaraq apteklər arasında yerdəyişməsini təmin etmək və baza sistemində yerləşdirmək;
  • Apteklərə tələb olunan vakant yerlərə namizədlərin bilik səviyyəsini yoxlamaq;
  • Rəqib aptek şəbəkələrində dərman vasitələrinin çeşidlərinə dair bazar araşdırılması etmək;
  • Apteklərin satış dövriyyəsinin artırılmasına dair uyğun təkliflərin hazırlanması və əsaslandırılmış formada layihə rəhbərinə təqdim olunmasını təmin etmək;
  • Satınalma menecerləri ilə əlaqəli şəkildə dərman vasitələrinin şirkətin tələblərinə uyğun olaraq vaxtında təhvil verilməsinə nəzarət etmək;
  • Apteklərin sığorta şirkətləri ilə işinə nəzarət etmək;
  • Apteklərdə satılan dərman vasitələrinin bilavasitə sığorta tələbinə uyğun olmasına nəzarət etmək;
  • Satılan dərman vasitələrinin aptek daxilində hesabatlarını aparmaq;
  • Apteklərdə işçilər tərəfindən sığortaya səhvən satılmış dərman vasitələrinin araşdırılması, işçilərə açıqlamaların verilməsi və tutulmaların aparılmasını təmin etmək;
  • Sığorta hesabatlarının müvafiq sığorta şirkətləri ilə üzləşməsi və hesabatlarının layihə rəhbərinə təqdim olunmasını təmin etmək.

Tələblər:

  •  Ali tibb təhsili;
  • Aptek və dərman sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan və rus dilləri üzrə sərbəst biliklər;
  • Kompüter bilikləri (Excel üzrə mükəmməl biliklər);
  • - 1C proqramı ilə sərbəst işləmə bacarığı;

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Tibbi siğorta;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək.

Maraqlanan şəxslər CV-ni göndərə bilərlər.

İşəgötürənin reytinqi

Zeytun Pharmaceuticals tərəfindən digər vakansiyalar