Korporativ Satış üzrə Mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi;
  • Şirkətin satış həcminin artırılmasına dəstək olunması;
  • Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analiz edilməsi;
  • Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması;
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
  • Ziyarət nəticələrinin izlənilməsi;
  • Sifarişlərin icra olunması;
  • Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi;
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
  • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
  • Maliyyə sənədlərinin müştəriyə göndərilməsi;
  • Müştəri ödəmələrinin izlənilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (Satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi arzuolunandır);
  • İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür);
  • Yaş həddi - 27-40;
  • Şəxsi avtomobilin olması üstünlükdür;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilləri arzuolunandır;
  • Ms. Office proqramlarını yüksək səviyyədə bilməli;
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı;
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
  • Müştəriyönümlü satış etmək bacarığı olmalı;
  • Liderlik keyfiyyətlərinə malik olmalı.

İş şərtləri: 

  • 5 günlük tam iş qrafiki 
  • Iş saatları 08:30-17:30 
  • Əmək haqqı: 1300-1400 AZN + satışdan bonus.
  • Korporativ nömrə, yanacaq şirkət tərəfindən təmin edilir 
  • İş ünvanı: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)

Maraqlann namizədlər mövzu yerində “Korporativ Satış üzrə Mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.