İşin təsviri
Tələblər:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş, şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi izlənməsi və təhlilinin aparılması;
- Maraq dairəsində olan elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tenderin şərtlər toplusunun əldə olunması üçün tələb olunan müraciət və ödənişin icra edilməsi;
- Tenderə qatılmaq üçün sənəd toplusunun "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə və tender elan etmiş təşkilatın tələbinə uyğun hazırlanması;
- Xarici və yerli təchizatçıları araşdırmaq şirkətin müvafiq strukturuna yönləndirmək;
- Tenderin predmetləri üzrə əldə olan baza qiymətlərinin şirkətin müvafiq strukturundan alınması;
- Xarici ölkələrdəki istehsalçı və təchizatçılarla yazışmaların və danışıqların aparılması, satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
- Layihə smetasının qiymətləndirilməsi
- Qiymətlərin araşdırılması, analizlərin aparılması və qiymət təklifinin formalaşdırılması və rəhbərliklə razılaşdırılması;
- Təhsili: Ali
- Office proqramlarında mükəmməl işləməyi bacarmalı,
- İngilis və Rus dillərində danışıq qabiliyyətinin olması arzuolunandır,
İş qrafiki: həftənin 6 günü saat 09:00-18:00
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.