Gecə meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bütün qonaqların şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq; 
  • Növbə ərzində ictimai və qeyri-ictimai yerlərdə yoxlamaların aparılması;
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
  • Gecə növbəsi işçilərinə nəzarət: podratçılar, yükdaşıyanlar, xadimələr, nömrələrə xidmət göstərmə və onların fəaliyyətinin səmərəli idarə olunmasının təmin edilməsi;
  • Növbənin dəyişdirilməsi zamanı həll edilmiş və ya edilməmiş problemlərin rəhbərliyə bildirilməsi;
  • Günün sistem üzərindən tələb olunan qaydada bağlanışı prosesində iştirak etmək;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəliklərini yerinə yetirmək;
  • Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Azərbaycan və İngilis dilində sərbəst danışıq
  • Otel idarəetmə sistemi olan OPERA və FIDELIO biliklərinin olması vacibdir
  • Müvafiq sahələrdə 1 il idarəedici səviyyədə iş təcrübəsi
  • MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
  • Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
  • Ünsiyyət qurma və izah etmə qabiliyyəti

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Gecə meneceri) göstərilməklə göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.