İşin təsviri
Vəzifə Öhdəlikləri:
- Ali təhsil (Filologiya, jurnalistika və ya marketinq sahəsində arzuolunandır);
- Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
- İngilis və Rus dilində araşdırma bacarığı;
- Kontent menecer kimi iş təcrübəsi – 2 ildən artıq;
- Fikirləri fərqli və yaradıcı formada təqdim etmək bacarığı;
- Kreativ reklam mətnlərinin hazırlanması təcrübəsi;
- Analitik düşüncə tərzi;
Tələblər:
- Layihələrin mahiyyətini anlamaq və reklam mətnlərini yazmaq (reklamın məqsədi, mesajın məzmunu və s.);
- Kampaniyalara uyğun reklam mətnlərinin yazılması.
- Müxtəlif formatda (Radio, Tv, Sosial media və s.) reklam mətnlərinin və kontentin yazılması;
- Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər düşünmək;
- Məhsullar haqqında marketinq kampaniyalarına uyğun təsvir yazmaq;
- Məhsul və xidmətlərin tanıtımı üçün paylaşım mətnlərini yazmaq;
Təminatlar:
- Nahar;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Kopirayter” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.