Müştəri xidmətləri təmsilçisi

  • RCom
  • Elanın qoyulma tarixi: 17.08.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında məlumat:

RCom şirkəti korporativ müştərilərə IT-inteqrasiya sahəsində, müasir və aparıcı texnologiyaları istifadə etməklə, yüksək keyfiyyətli xidmətlər təqdim edir. Peşəkar komandamız  banklar, telekommunikasiya şirkətləri, sənaye müəssisələri, sığorta şirkətləri və dövlət orqanları  üçün  kompleks çözümlərin hazırlanması;   korporativ İT həllərinin, İT təhlükəsizlik sistemlərinin, monitorinq və nəzarət sistemlərinin inteqrasiyası və sair kimi sahələrdə təcrübəyə malik dinamik qrupdur.

Vəzifə:   Müştəri xidmətləri təmsilçisi

İşin təsviri:

• Daxil olan zənglərin qəbulu və yönləndirilməsi
• Müştəriləri suallarının cavablandırılması
• Müştəriləri müraciətlərinin, sorğularının qeydiyyata alinması və digər şöbələrlə əməkdaşlıqda araşdırılması
•  Xidmətlərlə bağlı müştərilərə təqdim olunacaq məlumatların təmin olunması

Tələblər:

• Ali təhsil
• Yaxşı tələffüz, məsuliyyət, özünü ifadəetmək bacarığı
•  MS Office proqramlarının biliyi
•  Analitik qabiliyyət
• Müştərilərlə nəzakətli və təmkinli davranış
• Ünsiyyət qurmaq bacarığı
•  İT-nin əsaslarına bələdlik
• Sərbəst Azərbaycan və Rus dili biliyi

Uğurlu namizədlər əla təşkilatçı və təşəbbüskar olmalıdırlar. Namizədlər punktual olmalı,öz saləhiyyət sahəsində qərarvermə və müstəqilişləmək bacarığı nümayiş etdirməlidir.

İş qrafiki: 10:00-18:00 / 5 günlük iş həftəsi

Yaş həddi: 21-28 yaş
 

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına göndərməsi xahiş olunur.

 

RCom tərəfindən digər vakansiyalar