Əmək haqqı hesablanması üzrə kiçik mühasib

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 18.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Tələblər: 

  • Maliyyə sahəsində ali təhsil;  MBA (Maliyyə üzrə) ali təhsili və uyğun sahə üzrə sertifikatları olan , İFRS bilikləri olan namizədlərə üstünlük verilir.
  • Bu sahə  üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office (MS Excel) proqram bilikləri;
  • Logo Tiger 3 Enterprise proqram bilikləri arzuolunandır;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarını hesablamaq;
  • Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
  • Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
  • Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
  • Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;İş şəraiti: 

İş yeri:  Xırdalan şəhəri 

5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; 

Nahar Şirkət tərəfindən təmin olunur; 

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq;

20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur; 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı hesablanması üzrə kiçik mühasib” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.