Mobile/Web application pentester (Aparıcı mütəxəssis)

  • AzInTelecom
  • Elanın qoyulma tarixi: 17.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Mobil tətbiqlərdə (Android/IOS) təhlükəsizlik testlərinin aparılması;
  • Veb tətbiqlərdə təhlükəsizlik testlərinin aparılması;
  • Təhlükəsiz kod analizi;
  • Aşkarlanan boşluqların aradan qaldırılması üçün praktiki və metodik tövsiyələrin hazırlanması;
  • Kiber risklərin dəyərləndirilməsi;
  • Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
  • Komandanın digər üzvlərinin lazımi bilik və bacarıqlarının inkişaf etməsi üçün töhfə vermək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
  • Proqram təminatının əks kəşfiyyatı (Reverse engineering) bacarıqları
  • Frida və JS ilə işləmə bacarıqları
  • Android/IOS pentest bacarıqları
  • OWASP TOP 10 boşluqları ilə işləmə bacarıqları
  • C# proqramlaşdırma dili bilikləri
  • Java/Swift proqramlaşdırma dili bilikləri
  • Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi
  • OSWE, eWPTX, eCRE, eMAPT, eCXD  sertifikatlarının olması arzuolunandır
  • Azərbaycan dili, rus və ya ingilis dilləri (sərbəst)
  • Komanda ilə işləmə və idarəetmə bacarığı
  • Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək
  • Daima öyrənmə bacarığı

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi