Filial Meneceri (Tovuz, Ağstafa, Masallı)

  • Qarant Kredit
  • Elanın qoyulma tarixi: 14.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək və işçi heyətini idarə etmək;
  • Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
  • Filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
  • Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
  • Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
  • Filialın balansında olan maddi əşyaların,o cümlədən avadanlıqların,invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
  • Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
  • Əməkhaqqı işçinin təcrübəsindən asılı olaraq razılaşma ilə təyin olunur.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
  • Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və idarəetmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Müştərini cəlbetmə bacarığı.

Qeyd: Bu sahədə çalışan namizədlərə üstünlük verilir.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Filial Meneceri (Tovuz, Ağstafa, Masallı) başlığı altında elektron ünvanına göndərə bilərlər.