Logistika və sənədləşmə üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dili bilikləri;
  • Ofis proqramları və 1C proqramı üzrə yüksək səviyyədə bilik.

Əmək funksiyaları:

  • Dərman preparatlarının qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi;
  • Müqavilə və sənədlərin tarixlərinin, qaimələrdə qeyd olunan məbləğlərin uyğunluğuna nəzarət edilməsi;
  • Sənədləşməyə dair uyğunsuzluq yarandığı təqdirdə əməkdaşlıq edilən şirkətlərlə əlaqə yaradılması və mütəmadi məlumat mübadiləsinin təmin edilməsi;
  • Sertifikat analizlərinin qaimədə qeyd olunan seriya nömrələri ilə uyğunluğunun yoxlanılması;
  • Qısa idxal bəyannamələrinin tətbiqinin təmin edilməsi;
  • Beynəlxalq Ticarət Sövdələşməsinə uyğun nəqliyyat hesab-fakturalarının hazırlanması üçün tələb olunan sənədlərin əməkdaşlıq edilən şirkətlərə elektron şəkildə göndərilməsi;
  • Əməkdaşlıq edilən beynəlxalq şirkətlər ilə müntəzəm əlaqələrin təmin edilməsi, şifahi və yazılı danışıqların aparılması;
  • İş gedişatı zamanı müvafiq departament və şöbələr üzrə məlumat mübadiləsinin təmin edilməsi;
  • Mal dövriyyəsinin təmin edilməsi üçün gərəkli olan tənzimləyici sənədlərin hazırlanması və prosesin gedişatına nəzarət edilməsi.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, 09:00-18:00;
  • Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 1200 - 1500 AZN

İşəgötürənin reytinqi