Qeydiyyatçı

İşin təsviri

Əsas öhdəliklər:

  • Telefon zənglərinin qəbul edilməsi və yönləndirilməsi,
  • Məktubların (e-mail) qeydiyyat sisteminin  gündəlik yenilənməsi və cavablandırılması;
  • İşçilərin davamiyyətinin izlənilməsi;
  • Ofis avadanlıqlarında hər hansı nasazlıq yaranarsa, dərhal aidiyyatı şəxslərlə əlaqə saxlanılması; 
  • Ləvazimatlara mütəmadi olaraq nəzarət edilməsi, ləvazimatlar bitməzdən öncə sifariş edilməsi;
  • Şirkət qonaqlarının qarşılanması, köməklik göstərilməsi, istiqamətləndirilməsi;
  • Məktubların qəbul edilməsi, müvafiq departamentlərə yönləndirilməsi və məktubların göndərilməsi.
  • Ofis ləvazimatları sifarişlərin planlanması və icrası, inventara nəzarət edilməsi
  • Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsilli;
  • Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli.
  • 1-3 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət, danışıq və yazı bacarıqları;
  • Problemlərin həll etmə bacarığı;
  • Microsoft Excel proqramını yaxşı səviyyədə bilməli;
  • İşgüzar və məsuliyyətli olmalı;

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
  • İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qeydiyyatçı” yazaraq 20.07.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur. 

İşəgötürənin reytinqi