Mühasib köməkçisi

  • Lua Group
  • Elanın qoyulma tarixi: 05.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Yerli və Xarici ödəniş tapşırıqlarının internet banking üzərindən edilməsi;
  • Bank, kassa əməliyyatlarının mədaxilinin və məxaricinin 1C proqramında işlənilməsi;
  • İşçilərin aylıq əmək haqlarını, mükafatlarını, məzuniyyət haqlarını, xəstəlik vərəqələri və son haqq-hesab ödənişlərinin hesablanması;
  • Qiymət razilaşdırma protokulun, təhvil-təslim aktlarının, hesab-fakturaların və müqavilələrin hazirlanması, elektron qaimələrin yazılması;
  • Yerli alışların işlənilməsi, idxal üzrə əməliyyatların düzgün icra edilməsinin 1C proqramı üzərindən sənədlərlə yoxlanılması;
  • Mal-material ehtiyatlarının mədaxil-məxaric edilməsinin, anbar qalığının yoxlanılması;
  • Aylıq və gündəlik sərfiyyatların 1C proqramında işlənilməsi, işlənilmiş digər əməliyyatların yoxlanılması;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması, üzləşmə aktlarının tərtibi;
  • Ayın bağlanması əməliyyatlarına köməklik göstərilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);
  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili, Rus və İngilis dilləri biliyi arzu olunandır;
  • Kompüter bilikləri (MS Office və 1C proqramları ilə işləmə bacarığı);
  • Öhdəsinə düşən əmək funksiyalarının vaxtında və operativ yerinə yetirmə bacarığı;

İş şəraiti: 

  • İstehsal sahəsinin Ofisi
  • İş yeri Xırdalan ətrafindadır
  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.