Sahə memarı

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 03.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək,
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək,
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndrimə prosesinə daxil olan bütün tərəflərlə yaxın əməkdaşlıq etmək,
  • Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmləri yoxlayıb müvafiq texniki rəy vermək,
  • İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək,
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək,
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək,

Tələblər:

  • Ali təhsil: Memarlıq ixtisası üzrə minimum bakalavr dərəcəsi
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı
  • Komputer bilikləri: MS Office, AutoCAD, REVİT
  • Tikinti normativ sənədləri barədə biliklər (yerli və beynəlxalq)
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı
  • Daimi və qısa müddətli ezamiyyətlərə açıq olmaq