Smeta mühəndisi

İşin təsviri

Öhdəliklər:

  • İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin etmək.
  • Lahiyə təşkilatlarından lahiyə sənədlərini qəbul etmək və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı və bu sənədləri müzakirə etmək, lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlamaq.
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər etmək.
  • Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlamaq.
  • Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq.
  • Təsdiq edildikdən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərmək.
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim etmək;
  • Layihə-smeta sənədləri üzrə lazımi arayışlar hazırlamaq.
  • Onların arxivdə saxlanmasını təmin etmək. Müəyyən edilmiş forma üzrə hesabatları tərtib etmək.

Namizədə dair tələblər:

  • İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
  • Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarına bələd olmaq;
  • Müvafiq sahə üzrə ali təhsilli;
  • Müvafiq işlər üzrə kalkulyasiyaların, hesabatların tərtib olunması və yoxlanılması qaydalarını bilmək;
  • Sahə üzrə ən azı 5 il iş təcrübəsi 
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
  • Komandada və fərdi şəkildə işləmə bacarığı;
  • Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
  • Yaş həddi:25-55 yaş

Əmək haqqı: razılaşma yolu ilə

Qeyd: namizədlər CV-lərini e-mail ünvanına göndərsin.

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC tərəfindən digər vakansiyalar