Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İSO 9001 tələblərinə uyğun olaraq sənədləri hazırlamaq;   
  • Müəssisənin normativ sənədlərini hazırlamaqda köməklik göstərmək (tender sənədləri daxil olmaqla);
  • Şöbə daxili yoxlamalarının hazırlanmasında iştirak etmək; 
  • Daxili yoxlama proqramını tərtib etmək, həmçinin maraqlanan tərəfə audit proqramını çatdırmaq;  
  • Sənədlərin icra müddətinə nəzarət etmək, göndərilən sənədlərin çatdırılmasına davamlı olaraq nəzarət etmək və çatdırılma ilə bağlı xəbərnamələri poçt xidmətindən tələb etmək;
  • Təklifə daxil ediləcək bütün sənədlərin toplanması, məsələn, ilkin ixtisas sənədləri, Texniki və Əməliyyat sənədləri, Keyfiyyatə nəzarət, SƏTƏM, Kommersiya və Hüquqi istisnalar, Sertifikatlaşdırma, Bank Zəmanətləri və s.;
  • Müvafiq şöbələr arasında tender sənədlərində qeyd olunan məlumatların verilməsini tələb olunan son tarixlərdə verilməsini təmin etmək;
  • Müqavilə və risklərin nəzərdən keçirilməsini asanlaşdırmaq üçün Satınalma Qrupu ilə işləmək;
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər:

  • Yaş: 25-35
  • Cinsi: qadın
  • Təhsil: Ali 
  • İş təcrübəsi: ən azı 2 il
  • Dil bilikləri: Rus və ingilis dili bilmək üstünlükdür
  • Kompüter bilikləri: MS Office
  • İşə məsuliyyətli yanaşmaq;
  •  Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 5 günü;
  • İş saatı: Həftə içi günlər 09:00-dan 18:00 kimi, 
  • Əmək Haqqı – 800 azn NET

Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) elektron ünvanına göndərə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Modern Construction Group tərəfindən digər vakansiyalar