Daxili Auditor

  • Unibank
  • Elanın qoyulma tarixi: 20.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • İllik audit planına uyğun və ya plandankənar qaydada audit layihələrinin icrası;
  • Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin təhlili, qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi;
  • Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;
  • Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
  • Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
  • Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali iqtisadi və ya hüquqi təhsil və ya digər ixtisas üzrə ali təhsil və audit yaxud əlaqədar sahələrdə dörd illik iş stajı;
  • Daxili Audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində biliklərin olması;
  • Azərbaycan Respublikasında Bankların fəaliyyətinə dair qanun və normativ sənədlərə dair biliklərə malik olması;
  • Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
  • Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
  • Microsoft Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
  • Stressə davamlılıq;
  • Analitik və kritik düşünmə bacarığı;
  • Vətəndaş qüsursuzluğu.

İşəgötürənin reytinqi