Aptek şəbəkələri üzrə menecer

  • SWISSMED
  • Elanın qoyulma tarixi: 19.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Əlverişli əməkdaşlığın qurulması məqsədi ilə preparatların potensial aptek şəbəkələrində satış payını artırmaq. Bununla bağlı aptek şəbəkələri ilə müqavilələrinin imzalanmasının təşkili.
  • Müqavilələrin şərtlərinin yerinə yetirilməsinə nəzarət.
  • Şirkətin prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında hazırlamaq.
  • Satış dövriyyəsinin artırılmasına dair yeni və uyğun təkliflərin hazırlanması.
  • Aptek şəbəkələri ilə danışıqların aparılması və görüşlərin təşkil edilməsi.
  • Təyin edilmiş ərazidə müştəri bazasının (apteklər və aptek şəbəkələri) inkişafı.
  • Apteklərdə rəqiblərin analizi və təhili
  • Aptek şəbəkələrinin işçiləri üçün məhsullar üzrə təlim tədbirlərinin təşkili;
  • Aptek şəbəkələri bazarının müntəzəm təhlili və aptek şəbəkələri ilə ən təsirli və müasir əməkdaşlıq formalarının inkişafı üçün planların hazırlanması;
  • Şirkətin imici üçün reklam dəstəyini inkişaf etdirmək;
  • Aptek zəncirləri daxilində şirkət məhsullarının daimi mövcudluğuna nəzarət.
  • Aylıq satış planını yerinə yetirilməsi 
  • Satışların təhlili 

Namizədə tələblər:

  • Ali təhsili və ya tibb təhsil .
  • Ən azı 3 il əczaçılıq şəbəkələri ilə və provizorlarla ziyarət təcrübəsi, aptek şəbəkələri ilə iş təcrübəsi.
  • Aptek müdürləri ilə əməkdaşlıq  və danışıqların aparılması təcrübəsi.
  • Səlis və aydın nitq, sistemli təqdimat bacarığı.
  • Rəsmi və səliqəli geyim tərzi.
  • Dürüst, məsuliyyətli və qoyulan tapşırıqları vaxtında yerinə yetirmək.
  • Hərəkətli iş rejimində və kollektivdə işləmə bacarığı.
  • Şəxsi avtomobil olanlara üstünlük verilir.
  • Aylıq yanacaq şirkət tərəfindən ödənilir.
  • Şəxsi avtomobili olmayanlara yol xərcləri ödənilir.

Maraqlanan şəxslərdən CV-lərini email ünvanına göndərmələri xahiş olunur.