Baş xəzinədar

İşin təsviri

Əsas Öhdəliklər:

  • Maliyyə Nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Baş Mühasib və ya Böyük Mühasibin nəzarəti altında həyata keçirmək.
  • Mehmanxananın bütün gündəlik nağd ödəniş çeklərinin qəbulu.
  • Mehmanxananın Gündəlik Kassa (Nağd hesablaşmalar) Hesabatının hazırlanması.
  • Nağd maaş ödənişləri və mehmanxana ehtiyacları üçün kiçik məbləğli ödənişləri etmək, daxili siyasət və proseduralara uyğun şəkildə təşkil etmək.
  • Mehmanxana ehtiyacları üçün kiçik məbləğli ödənişlərin düzgün yerinə yetirilməsinə nəzarəti təşkil etmək və təsdiqedici sənədlərlə birlikdə hesabatını hazırlayıb təqdim etmək.
  • Şöbələrin Gündəlik Kassa və Nağd hesablaşmalarının fiziki auditini təşkil etmək.
  • Gündəlik olaraq kredit kartla qəbul edilmiş ödənişləri düzgün şəkildə ayırmaq.
  • Kredit kart üzrə hər hansı geri ödəniş olanda onu sistemə daxil etmək və Kredit kart üzrə geri ödəniş hesabatını təsdiqedici sənədlərlə birlikdə hazırlayıb təqdim etmək.
  • Opera və Micros sistemləri arasında bütün nəğd ödənişlərinin düzgün qeydiyyatını nəzarətini təşkil etmək, fərqlərin olduğu aşkarlanarsa vaxtında düzəlişlərin edilməsini təmin etmək.
  • Ay sonu proseduralarına riayət və kömək etmək.
  • Öz fəaliyyət sahəsində arxivin bütün müvafiq sənədlərlə birlikdə düzgün şəkildə qoruyub saxlamaq və yeniləmək.

Namizədə tələblər:

  • Bakalavr dərəcəsi, (qonaqpərvərlik sahəsində ixtisas dərəcəsi olan namizədə üstünlük veriləcəkdir);
  • Azərbaycan və Rus dilində səlis danışmaq; İngilis dili arzu olunandır;
  • Daha əvvəl eyni sahədə təcrübə; Ön büro təcrübəsi arzu olunandır;
  • Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı;
  • Yaxşı yazılı və şifahi ünsiyyətə malik olmaq;
  • Ofis proqramlarında işləmək bacarığı və Opera PMS-də təcrübənin olması

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

İşəgötürənin reytinqi

Qalaalti Hotel & Spa tərəfindən digər vakansiyalar