Art Direktor

  • Yello Advertising
  • Elanın qoyulma tarixi: 22.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

                                                                                     

Yello Advertising 

Vakansiya nömrəsi: 0032013

Vəzifə: Art Direktor

Əmək haqqı:700 –1000 AZN

Vəzifənin məqsədi:

Agentliyin üzərinə götürdüyü müxtəlif layihələrdə yaradıcı istiqamətin rəhbəri kimi ona verilən işin yaradıcı konsepsiyasına görə cavabdehlik daşımaq, layihə ilə bağlı estetik qərarlarının verilməsini həyata keçirmək.

Əsas vəzifə və öhdəliklər:

• Reklam agentliyinə gələn sifarişlər əsasında müştərilərin əsas tələblərinin öyrənilməsi, müştərinin ehtiyaclarına və gözləntilərinə əsasən dizayn konsepsiyasının düşünülməsi;
• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Layihənin icrası üçün şirkətin resurslarının dəyərləndirilməsi, layihə üzrə işləyəcək komandanın müəyyənləşdirilməsi, ehtiyac yaranarsa kənardan subpodratçı cəlb etmək imkanlarının araşdırırılması;
• Qrafik dizaynerlərə, illüstratorlara, fotoqraflara və dizayn qrupunun digər üzvlərinə lazımı təlimatların verilməsi, dizayn qrupunun iş planının hazırlanması;
• Reklam kampaniyasının bütün mərhələlərinin vizual bütövlüyünün təmin edilməsi, dizayn qrupunun işinin koordinasiya edilməsi;
• Dizayn layihələrinin hazırlanması və icrasına nəzarət edilməsi, yaradıcı işlərin əsas ideya və konsepsiyasının təyin edilməsi, maket və ya eskizlərin hazırlanması;
• Müştərinin tələb etdiyi keyfiyyətdə məhsul istehsalı üçün texniki imkanların öyrənilməsi;
• Bütün dizayn qərarlarının, eləcə də, rəhbərlikdən və müştəridən gələn düzəlişlərin icrasına nəzarət edilməsi, son variant dizayn maketlərini (çap üçün) mükəmməlliyinə cavabdehlik;
• İş prosesi zamanı qarşıya çıxan maneələrin həll edilməsi və öz səlahiyyətləri daxilində qərarların verilməsi;
• İş vaxtından səmərəli istifadə və iş gününün dəqiq planlaşdırılması;
• Mütəmadi olaraq, işlərin statusu ilə bağlı rəhbərliyə məlumat vermək və uyğun hesabatların hazırlanması.

Minimum tələblər:

Təhsil və iş təcrübəsi

• Marketinq, Reklam, Rəssamlıq, Dizaynvə s. kimi sahələr üzrə bakalavr dərəcəsi;
• Azərbaycan, ingilis, rus dili bacarıqları;
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

Əsas texniki bilik və bacarıqlar

• Kreativlik (yaradıcı potensial);
• Yüksək səviyyəli kompüter bilikləri
• Adobe PhotoShop, Adobе Illustrator, Adobе InDesign kimi qrafik proqramlarda çalışma bacarığı (mütləqdir)
• Sürətli araşdırma;
• MS Office proqramlarında operativ çalışma
• Adobe Flash, 3D Max və ya Cinema 4D (arzuolunandır)
• Peşəkartəqdimatların hazırlanması bacarıqları;
• Rəsm texnikası, Rəsm və fotonun əsasları ilə bağlı biliklər;
• Dizayn və tərtibat metodları;
• Reklam və marketinqin əsas prinsipləri;
• Reklam qanunvericiliyi, istehlakçı hüquqları və müəllif hüquqları.
Peşəkar keyfiyyətlər və xüsusiyyətlər
• Yüksək idarəetmə, koordinasiya və liderlik bacarıqları ilə bərabər, komanda ilə işləmə bacarığı,
• Stres altında çalışma bacarıqları, dəqiqlik, səbrlilik, zamana qarşı həssaslıq;
• Diqqətlilik, təşəbbüskarlıq və məsuliyyətlilik;
• Yüksək təqdimat və inandırma bacarığı.

“BU İŞ TAM MƏNƏ GÖRƏDİR!” deyirsinizsə və özünüzü bu vəzifəyə uyğun görürsünüzsə, o zamandoğru elanı oxuyursunuz. CV-nizi [email protected] ünvanına göndərin.

Məlumat üçün bildirmək istərdik ki, bütün müraciət edən insanların CV-ləri gözdən keçirilib, müsbət və ya mənfi olmasından asılı olmayaraq məlumatlandırılacaq və yuxarıda qeyd edilən tələblər əsasında seçilmiş şəxslərlə müsahibələrdən sonra ən uyğun namizəd işə alınacaqdır. Agentlikdə çalışma təcrübəsi olan insanlara üstünlük verilə bilər.

Seçim prosesini mükəmməl və operativ şəkildə həyata keçirə bilməyimiz üçün, E-mailin “Subject” bölməsinə  “Art Direktor” yazmağınızı xahiş edirik.

Son müraciət tarixi: 23 avqust 2013-cü il